Depresiya duyğuların duyğusuzluq vəziyyətidir.Adamın daha əvvəl maraqlandığı fəaliyyətlərdən uzaqlaşması,həmin fəaliyyətlərdən zövq ala bilməməsi, depresiyanın əsas əlamətləridir.Depresiyada olan şəxslər ümidini itirmiş olur,özlərini və olduqları ətrafı bomboş, mənasız, zövqsüz, dəyərsiz hiss edirlər. Bu vəziyyət ruhi tarazlığın pozulması deməkdir.
Bəzən bu cür şəxslər ağlaya bilməmədiklərindən də şikayətlənirlər.Depresiyada olan şəxslərdə məktəb və ya işdə müvəffəqiyyətsizliklərlə, məsuliyyətləri yerinə gətirə bilməməklərlə,yeni hislərə girişməkdə istəksizliklə, yuxusuzluqla,səhər erkəndən oyanma halları ilə,gecə yuxusunun pozulmaları ilə,problemləri ağıldan çıxarda bilməməklə,cinsi vərdişlərdə dəyişikliklər və iştah dəyişiklikləri ilə rastlaşmaq olar.Bəzən isə bu şəxslər həyatı və özlərini dəyərsiz hiss edə bilərlər,ölümü,özlərinə zərər verməyi düşünə bilərlər.Bu da depresiyanın və duyğusuzluq vəziyyətinin bir əlamətidir.Depresiya müalicə oluna bilər.Müalicədən sonra bu şəxslərin duyğuları və düşüncələri düzəlməyə başlayır.
Əgər kiməsə depresiya diaqnozu qoyulubsa,bunun nədən qaynaqlandığını maraqlana bilərsiniz.Hər bir şəxs depresiyaya düşə bilər.Depresiyadan çıxa bilmək üçün ilk növbədə depresiyanın nədən yarandığını bilmək lazımdır,bunu bildikdən sonra isə depresiyadan çıxmaq daha asan olur.
|