A-Pentaqramda(insan və kainatın rəmzi olan çevrədə beşgüşəli ulduz) hər bir güşədə oxunur. Rəqəmsal anlamı "1", potensial enerjidən aktuallaşmaya keçiddir.
A-fizikada görülən işin işarəsidir.
Xristian teologiyasında İsanın beş yarasının göstəricisidir. Yunanlarda alfa hər şeyin başlanğıcı mənasındadır. Slavyanlarda A əlifbanın ilk hərfi olub(qədim slavyan əlifbasında oxunuşu "азь"), "mən"-i bildirir. Hinduların inancına görə "Aom" kəlməsi dünyanın yaranmasına səbəb olub. Lomonosova görə A məkanın sonsuzluğudur. Əl kimyada A-hər bir şeyin əvvəlidir. Dəmiri qızıla çevirir. Kainatın varlığıdır. A-Eqonun simvoludur. İngilis dilində "A"-artikli 1 mənasında olub, onun təkmilləşmiş formasıdır. Məntiq elmində A universal pozetiv düşüncənin simvoludur- "bütün x-lər y-ə bərabərdir" Hindistanda A uşaqların baxması qadağan olunan filmlərin işarəsidir Kart oyununda A tuzu bildirir. Siyasətdə A anarxizmin işarəsidir. Qəribə olsa da kimsə nədənsə qorxanda həmişə "AAAAAA...." qışqırır. Bəs siz "A" - dan daha ne vaxt istifadə edirsiz ?