1) Butulkaya xırda qəpik salınır və agzı tıxacla bağlanılır. Butulkanı sındırmadan və tıxacı çıxartmadan qəpiyi butulkadan necə çıxartmaq olar?
2) Otağdan çöldə 3 elektrik açarı var. Onların hər biri ayrıca olaraq otağın içində olan 3 lampaya birləşdirilib. Çöldən elektrik açarlarını işə salanda içəridə yanan lampa görünmür. Hər bir elektrik açarı ayrıca olaraq bir lampanı işlədir. Otağa bircə dəfə daxil olmaq şərti ilə hansı açarın hansı lampaya birləşdiyini necə müəyyən etmək olar?
3) Çəmənlikdə kömür parçası, yerkökü və boyun dəsmalı var. Heç kim onları ora qoymayıb nədə tullamayıb. Bəs bu əşyalar çəmənliyə necə düşüb?
4) Ailənin tərkibi bunlardan ibarətdi: 1 baba, 1 nənə, 2 ata, 2 ana, 4 övlad, 3 nəvə, 1 qardaş, 2 bacı, 2 oğul, 2 qız, 1 qayınata, 1 qayınana və 1 gəlin. Amma əslində ailə heçdə burda göründüyü kimi böyük deyil. Ailədə cəmi neçə nəfər var?
5) Dağ keçisi 60 m hündürlüyü olan qayaya dırmaşır. Hər dəqiqə o tullanaraq 3 metr yuxarı dırmanır və sonra 2 m aşağı sürüşür. Bu gedişlə dagkeçisi neçə dəqiqədən sonra zirvəyə çatar?
6) Qocalmış ərəb şeyxi öz var dövlətini 2 oğlundan birinə bağışlamaq istəyir. Hansına bağışlamaq haqda uzun fikirləşəndən sonra belə bir qərara gəlir. Onun hər iki oğlu dəvələrə minərək yarışmalıdılar. Kimin dəvəsi finiş xəttini sonuncu keçsə onda var dövləti sahibinə qazandıracaq. Bu qərardan sonra qardaşlar bir neçə gün fikirləşirlər, heç biri finiş xəttini birinci keçmək istəmir. Nəhayət onlar məsləhət üçün müdrik bir qocaya müraciət edirlər. Qoca onlara nəsə deyir və onlar iksidə dəvələrin üstünə tullanaraq finiş xəttinə tərəf çapırlar. Sual: Qoca onlara nə dedi?
7) 4 centlmen (Adam, Bill, Con və Dan) bahalı bir restorana nahar etməyə gəlirlər. Onlar girişdə öz paltolarını, şlyapalarını, şərflərini və əl ağaclarını təhvil verirlər. Amma nahardan sonra onlar gedərkən bütün paltarlar bir birinə qarışmışdı.
Verilən məlumatlar: 1. Kişilərdən hər biri özünə məxsus olan yalnız bir paltar götürmüşdü, qalan paltarlar isə qarışıq idi. 2. Adam və Bill öz paltolarını geymişdilər, 3. Con öz şlyapasını geymişdi, 4. Dan öz şərfini geymişdi, 5. Adam Conun əl agacını götürməmişdi.
Hər bir centlmenin əynindəki paltarların kimə məxsus olduğunu tapın.
8) İki gün əvvəl qızın 8 yaşı var idi. Amma gələn il onun 11 yaşı olacaq. Bu necə mümkündü?
|