1.Şah öz qızını ərə vermək üçün 3 ən ağıllı oğlan arasında belə bir test keçirir: O oğlanları bir otağa gətirir, onları stulda üzbə üz otuzdurur. Oğlanlara 3 ağ və 2 qara şlyapa göstərilir. Sonra hər 3 oğlanın gözü bağlanılır və hərəsinin başına bir şlyapa qoyulur. Qalan şlyapalar isə gizlədilir. Bundan sonra onların gözü açılır. Şah başındakı şılyapanın rəngini 1-ci tapan oğlana öz qızını verəcəyini deyir. Tapmayanların isə boynu vurulacaq. Şərt olaraq şlyapalara toxunmaq olmaz. Təsəvvür edin siz o oğlanlardan birisiz. Siz digər 2 oğlanın başında 2 ağ şlyapa görürsüz. Xeyli müddətdən sonra siz əmin olursunuzki digər 2 oğlan öz şlyapalarının rəngini tapa bilmirlər və artıq həvəsdən düşmüş vəziyyətdədilər. Onda sizin şlyapanın rəngi nədi?
2.Bir jurnalist ekskluziv kluba girmək istəyir amma parolu bilmir. O qapının yanında gözləyir və müşahidə eləməyə başlayır.. Az sonra klubun üzvlərindən bir nəfər qapıya yaxınlaşır və qapını döyür. Qapıçı cavab verir “On beş”. Klubun üzvü “Beş” deyir və içəri buraxılır. Az sonra klubun ayrı bir üzvü qapıya yaxınlaşır və qapıçı “On səkkiz” deyir. Klubun üzvü “Səkkiz” deyərək cavab verir və içəri buraxılır. Bütün bunları müşahidə edən jurnalist hər şeyi anladığını düşünür və qapıya yaxınlaşır. Qapıçı “On dörd” deyərək jurnalistə mürəciət edir. Jurnalist isə cavabında “Dörd” deyərək cavab verir. Lakin içəri buraxılmır. Sizcə qapıçı “On dörd” deyəndə jurnalist hansı cavabı verməli idi?
3.20 ədəd bulku 20 nəfər arasında bölünür.Onların arasında hər kişiyə 3 ədəd bulku, hər qadına 2 ədəd bulku, hər uşağa isə bir bulkunun yarısı düşür. Sual: Neçə kişi, neçə qadın və neçə uşaq var?
4.Kəndin ağsaqqalı sakinlərə bir neçə il əvvəl qonşuluğda olmuş bir hadisəni danışır. Hadisə belə olub: Bir həkim yuxusunda gecə yarısı qonşu kəntdən qayıtdığını görür. Meşənin yanından keçəndə bir qadının yolda durub ona əl elədiyini görür. Qadın onuda maşına götürməyi xaiş edir və bunlar yollarına davam edirlər. Qəbirstanlığın yanından keçəndə qadın kişidən saxlamağı xaiş edir və qəbirstanlığa tərəf gedir. Kişi xeyli gözləyir qadın gəlib çıxmır və nəhayət maşından düşüb onun dalınca gedir. Gəlib görürkü qadın bir qəbirin yanında oturub nəsə eləyir. Sorşurki burda nə edirsən? Qadın qəfil çevrilir və deyir: “Ət yeyirəm!!!”. Kişi qorxudan yuxudan ayılır və ayılan kimidə ürəyi partlayıb ölür... Ağsaqqal sözünü bitirir vı sakinlər dağılışıb gedir. Amma ağsaqqal heçdə hər şeyi düz danışmadı:) Onun hekayəsində bir səhv var idi.(məntiqi səhv). O hansı səhvdi?
5.İlbiz 20 m dərinliyi olan çaladadı. O hər gün 5 m yuxarı dırmaşır amma gecələr 4 m aşağı sürüşür. Bu gedişlə neçə gündən sonra ilbiz çaladan çıxar?
6. Tələbə işləməyə qərar verir və bosla belə bir müqavilə bağlayır: O bir ay işləyəcək, işlədiyi günlərdə günə 6 dollar alacaq və işləmədiyi günlərdə isə 9 dollar qaytaracaq. Ay sona çatır və məlum olurki tələbə heçnə qazanmayıb, gəliri sıfıra bərabərdi. Sual: Tələbə neçə gün işləyib?
1) menim fikrimce 3cu oglanin da basinda ag slyapadir 2) mence qapici 14 reqemini heckime demeyeceyini demisdi ve yoxlamaq ucun eslinde dememeli oldugu reqemi yeni 14 deyir ve jurnalistin 4 cavabi onun bu klubun uzvlerinden olmadigini gosterir.yeni evvelceden ora uzv olanlar bilirler ki 14 reqemi deyilmemelidir, mence beledir bilmirem niye her halda aglima gelen ilk fikir bu oldu )) her halda duzdur ya deyil mene bildirsen elaa olar ok? 3) mentiqi sehv qebirsanliqda et oluuur??!! ordakilar uje sumukdu ))) 4) 3 gun isleyib )