Chersenbe axsami, 2024-05-14, 11:48 AM
Qeydiyyat
Login
EUROPA
Xosh gelmisinz Гость | RSS
MENYU
QIYMETLENDIRME
Saytimi qiymetlendir
Butun sesler: 1031
Main » 2009 » Sentyabr » 30 » Psixoz haqqinda>>>
Psixoz haqqinda>>>
10:54 PM
                                       

Heç fikirləşmisinizmi ki,necə olur, bir insan özünü Napolyon ya da Sezər zənn edə bilir?  Ya da, Tanrının, televiziya spikerləri vasitəsilə özünə mesajlar göndərdiyinə inana bilir? Özü kimi bir adamın, peyğəmbərliyini elan etməsinə gətirib çıxaran necə bir düşüncə sistemidir? Hansı məntiq oyunları adamın dedektivlər tərəfindən izlənildiyinə və evinə dinləmə cihazları yerləşdirildiyinə inanmasına səbəb olur?

Bu cür qəribə düşüncələrin qaynağında əvvəlcə şiddətli bir istək iştirak edir. Adam, əhəmiyyətli bir dövlət adamı, bir dini lider, böyük bir sənətçi ya da idmançı olduğuna inanmaq istəyir. Ancaq, bu cür istəklər yalnız ağıl xəstələrinə xas deyil. Hamımızın reallaşması qeyri-mümkün xəyallarımız var.Ancaq xəstələri bizlərdən ayıran xüsusiyyət, onların bu xəyalları gerçək zənn etmələrindədir.
Xəyalların gerçək zənn edilməsinə icazə verən məntiqin üç əsas xüsusiyyəti var. Bunlardan birincisi,yalnız bir ortaq cəhəti olan iki obyektin eyni qəbul edilməsidir. Məsələn, bu sistemlə düşünən biri üçün, 'Baş nazir eynəkli, mən də eynəkliyəm, elə isə mən də baş nazirim' deyə ağıl icra etmək mümkündür.Ya da 'Peyğəmbərin saqqalı vardı, əgər saqqal uzatsam mən də peyğəmbər ola bilərəm' düşüncəsi ilə.Ya da, tam tərsinə, anasının baxışlarını televiziyada izlədiyi yadplanetli varlığınkına bənzədərək, onun kosmosdan gəldiyini iddia edə bilər.
Psixoza icazə verən məntiqin ikinci xüsusiyyəti, təbiət və cəmiyyət qaydalarına görə işləyən müddətlərin, fərdi güc və niyyətlərə söykəndirilərək açıqlanması. Məsələn, psikotik bir xəstə, Bengaldeşdəki sel fəlakətinə, Kobe zəlzələsinə ya da kosmos aparatı qəzasına özünün səbəb olduğunu irəli sürür.İçindəki pis düşüncələrin ya da birinə yönəltdiyi nifrət duyğusunun bu hadisələrə gətirib çıxardığına inana bilər.
Psixotik məntiqin üçüncü xüsusiyyəti, əvvəl mühakiməyə çatıb sonra dəlil toplanması prosesi ilədir.Məsələn adam, Respublika başçısının ona əhəmiyyətli bir mesaj çatdırmağa çalışdığı iddiyasına malikdir. Televiziyanın qarşısına keçib xəbərləri izləməyə başlayır.Bu nöqtədən sonra artıq bütün olub bitənləri başındakı mühakiməni təsdiqləyən bir işarə olaraq görməyə hazır vəziyyətdə olur.
Psixotik məntiqin xüsusiyyətləri əslində bizə heç uzaq olan bir şey deyil. Onu xülyalardan və kiçik uşaqların düşüncələrindən tanıyırıq.Bu məntiq sağlam yetişkin insanda şüuraltında gizlənmiş olaraq gözləyir və bəzi kəslərdə psixozla birlikdə yenidən ortaya çıxır.

Views: 2293 | Added by: HOST | Reytinq: 3.7/3 |
Total comments: 1
2011-08-28
1. leman [Material]
dehwetli xestelikdi.adam bele daima duwunse deli ola biler.xeyallarimiza uymaq lazim deyil,realliqda qalmaliyiq.

Имя *:
Email *:
Код *:
ISTIFADECHI
TEQVIM
«  Sentyabr 2009  »
B.eCh.aChC.aCShB
 123456
78910111213
14151617181920
21222324252627
282930
AXTAR
DOST SAYTLAR
StatistiKA

| Azerbaycan © 2024 | Создать бесплатный сайт с uCoz |