Fobiyaların əsl səbəbləri məlum deyil.Fobiyalar yaranma səbəblərinə görə növlərə ayrılmaqla bərabər eyni fobiya növündə də xəstədən xəstəyə dəyişiklik görmək mümkündür.Psixi pozuntuların çoxunda olduğu kimi fobiyaların da aranma səbəbi bioloji,genetik və ekoloji amillərlə bağlıdır.Genetik olaraq:bəzi spesifik fobiyalarda genetik uyğunluq olur.Məsələn qan aldırma fobiyası olan şəxslərdə ailədə bənzər xəstəliyin olması tez-tez müşahidə olunur.
Psixiatriyada fobiyaların keçmiş həyatla əlaqəli olaraq inkişaf etməsi barədə isbat edilməmiş müxtəlif nəzəriyyələr mövcuddur. Watsonun nəzəriyyəsinə görə fobiyalar şərtləndirilmiş refleks davranışları nəticəsində meydana gəlir.Məsələn lift qorxusu olmayan bir adam elektrik kəsilməsi ilə liftdə qapalı qalma nəticəsində lift qorxusu yarana bilər.Bu hadisə əvvəlində rahatlıqla liftə minə bildiyi halda liftə minə bilməz hala gələ bilər və yaxud da liftə mindiyi an həddindən artıq qorxu və həyəcan müşahidə edilə bilər.Freydə görə fobiyalar şüur xarici qarşıdurmalarla əlaqədardır və edip kompleks ilə əlaqəsi vardır.Basdırılmış, şüur xaricinə itələnilmiş bəzi qorxular yerini dəyişdirərək normalda qayğı yaratmayacaq bir obyekt və ya vəziyyətə yönəldi və bu şəkildə fobiyalar inkişaf edə bilər.Aparılan araşdırmalarda davamlı stresə məruz qalan uşaqların gələcək dövrlərində fobiyatik davranışlar müşahidə edilib.Davamlı stres yaradan səbəblər arasında,erkən yaşda ana və ya atanın itkisi, ana və ya atadan ayrılma, ev içində şiddətə məruz qalma misal göstərilə bilinər.Bəzi fiziki xəstəliklər, nevroloji və psixiatrik xəstəliklərdə də fobiya semptomları rast gəlinir.Bu narahatlıqları korreksiya edərkən diqqətli diqqətli olmaz lazımdır.