Chersenbe axsami, 2024-05-14, 7:26 PM
Qeydiyyat
Login
EUROPA
Xosh gelmisinz Гость | RSS
MENYU
QIYMETLENDIRME
Saytimi qiymetlendir
Butun sesler: 1031
Main » 2008 » Avqust » 3 » Maraqli ehvalat---OXU>>>
Maraqli ehvalat---OXU>>>
10:23 PM
                                     
Məqsədə doğru irəliləyərkən nail olduqlarımız
İki qardaş evlərinin arxasında olduqca böyük bir quyu qazmağı qarşılarına məqsəd qoyurlar.
Bu niyyətlə işə başlayırlar. Bu vaxt qardaşlara iki nəfər yaxınlaşır. Onlar üçün qardaşların nə iş gördüyü maraqlı idi: görəsən bu dərinlikdə quyu nəyə lazım idi? Maraqla qardaşları müşahidə etməyə başlayırlar. Seyr edənlərdən biri: “Neynirsiniz? Yeri qazıb dünyanın o biri ucuna çıxmaq istəyirsiniz?” - deyə qardaşlara söz atır. Onun bu sözü ətrafdakıların gülüşünə səbəb olsa da, qardaşlar öz işlərinə davam edirlər.
Bu vaxt quyudan çox bəzəkli bir səhəng tapılır. Tarixi sənət əsəri olduğu görkəmindən bəlli idi. Qardaşlardan biri həmin səhəngi onları seyr edənlərə göstərir və deyir: “Quyunu sonacan qazmasaq belə, görün, qarşımıza necə gözəl şeylər çıxdı”...
Həyat da belədir. Hədəflər müəyyənləşdirilir və bu uğurda fəaliyyətə başlanılır. Təbii ki, qarşıya məqsəd qoymaq çox önəmlidir. Ancaq həmin hədəfə çatmaq yeganə məqsəd olmamalıdır. Düzgün seçilən hədəf istiqamətində yürüyərkən də qarşınıza gözəl şeylər çıxa bilər.
Dünyada hər ümid gerçəkləşmir, hər xəyal reallaşmır, hər məqsədə nail olunmur. Ancaq o ümid, o xəyal və o məqsəd insanları nailiyyətlərə aparır.
                             
Fədakar - başqası üçün yaşayan insan
Xəzan duyğularının əsiri olmaqdan qurtul və bir yaşıllıq ol, insanlara hüzur ver, ətrafına gözəllik saç.
Səni görən səndən qaçmasın, yolunu dəyişdirməsin, əksinə, səni gördüyü üçün çox sevinsin, sənə tərəf qanadlansın, hətta səni görmədiyi gün darıxsın...
Şam kimi əri, ətrafını nura qərq et. Bir su qaynağı ol, bulaq kimi sərinlət hüzuruna gələnləri, bağrı yananlar səndə görsünlər əlacı. Elə bir insan ol ki, hər kəs ətrafında pərvanəyə dönsün. Rəhmət dolu bulud ol və günəşin yandırıcı şüalarından qoru insanları.
Hər kəsi qucaqla, bağrına bas, sev onları. Sevgidə səxavətli ol, sevdikcə sevginin azalacağından qorxma. İnsanları o qədər sev ki, özünü sənə ən qatı düşmən bilənlər belə səndən mədət umsunlar, ən qatı ruhlu insanlar belə sənin sevgi atmosferinə girə bilmək üçün sıraya düzülsünlər.
Sən dəyişən mövsümlər kimi olma, bir gün yay günəşi kimi isidib, bir gün qış şaxtası ilə insanları dondurma, bir gün insanlara gül-çiçək bəxş edib, başqa bir gün onları bu gözəllikdən məhrum etmə. Hər zaman rəhmət buludu ol, hər yerə mərhəmət payla. Yağış kimi rəhmətini hər kəslə bərabər bölüş. Bütün quraqlaşmış könülləri yağışınla islat, onlara yeni həyat ver, onları həyata bağla, sev və sevdir onları...
Sən canlı kitab ol, yaşayan bir kitab. Hər kəs səndə yaşayan sevgini görsün, sevginin yaşadığının şahidi olsun.
Əslində əgər bir insan insanlığının şüurundadırsa, nə kin, nə nifrət, nə kobudluq, nə də müxtəlif mənfi xarakterlər onun iqlimini bulaya bilməz. Onun düşüncə tərzi də, istiqaməti də bəllidir. O, ruhunu sevgi ilə yoğurmuş, həyatını başqalarına xidmət üçün həsr etmiş fədakardır.
Onların ruhları ətrafda baş verən eybəcərliklərlə bulanmır. Onlar özlərini təvazökarlıq alovunda yandırıb kül etdikləri üçün artıq heç bir atəşin alovundan qorxmurlar, onları nə şöhrət, nə də var-dövlət atəşi yandırır.
Sən də onlara bənzə. Hər kəsin dərdini əvvəla öz vicdanında hiss et, özünü başqasının yerinə qoy. Onların ağrı-acılarını daxilən elə yaşayıb ağla ki, göz yaşların qurusun. Onların dərdinə elə ağla ki, hər kəs səni görüb öz dərdini unutsun. Onların həm dərdinə ağla, həm də bu dərdə əlac ola bilməməyinə ağla.
Hər zaman və hər şəraitdə igid və mərd ol, sözünün ağası ol. Vicdanının səsini dinlə, özünü vicdanınla tənqid et. Hər kəsin üzünə gülümsə.
Bütün bunları edərkən də bir şeyi əsla unutma. Sən bir insansan, xətalı olmağa məhkumsan. Bundan qorxma. Bu sənin yaradılış hikmətindir. İnsan ən gözəllə ən pis arasında enib-qalxan xislətə malikdir. Ayağın büdrəyə bilər, ancaq hər zaman dikəlməyi və dik durmağı bacar. Səhvini qəbul edib, bir daha yanlış istiqamətə yönəlməyəcəyinə dair söz ver və sözündə durmaq üçün əlindən gələni et. Səni xalqa və Haqqa sevdirənin məhz səmimiyyət və ixlas olduğunu unutma...
Ürəyini səni düz yoldan uzaqlaşdıracaq hər cür düşmənçiliyə qapa, vəfasızlığı özünə yaxın buraxma. Haqq hər yerdədir, bunu ağlından çıxarma.
Views: 4744 | Added by: HOST | Reytinq: 4.5/6 |
Total comments: 0
Имя *:
Email *:
Код *:
ISTIFADECHI
TEQVIM
«  Avqust 2008  »
B.eCh.aChC.aCShB
    123
45678910
11121314151617
18192021222324
25262728293031
AXTAR
DOST SAYTLAR
StatistiKA

| Azerbaycan © 2024 | Создать бесплатный сайт с uCoz |